techspace

01:46

Nintendo şirkətinin prezidenti Satoru Iwata vəfat etdi.

Nintendo şirkətinin prezidenti və icraçı direktoru Satoru Iwata ötən həftənin şənbə günü vəfat edib.Bu barədə şirkət rəsmi olaraq məlumat yayıb. Theverge.com-a istinadən verilən məlumata görə  Satoru Iwata-nın öd axarında problemlər vardı hələ keçən il cərrahiyə üsulu ilə bədənində olan şiş aradan qaldırıldı.Lakin bütün bunlara baxmayaraq Satoru 55 yaşında vəfat etdi.2002-ci ildən bəri uzun müddət ərzində Hiroshi Yamauchi -dən prezidentliyi alan Satoru rəhbərliyi müddəti ərzində Nintendo DS və Wii konsolları ilə böyük uğurlara imza atdı.