17:28
Nothing Phone 4a Pro təqdim olundu

Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Nothing şirkəti növbəti flaqman modeli olan Phone 4-ü 2027-yə saxladığını açıqlasa da, 2026-cı il üçün əsas diqqəti orta seqmentə yönəldib. Yeni təqdim olunan Phone 4a Pro isə bu strategiyanın ən güclü nəticələrindən biri hesab olunur. 499 dollarlıq qiymət etiketi ilə cihaz həm dizayn, həm performans, həm də kamera baxımından ciddi iddia ortaya qoyur. Nothing bu dəfə dizayn baxımından daha “sakit” yanaşma seçib. Şəffaf arxa panel və brendə xas elementlər qorunsa da, əvvəlki modellərlə müqayisədə daha minimalist görünüş təqdim olunur.
Nothing bu modeldə kameraya ciddi yatırım edib:
- İlk dəfə alüminium unibody korpus
- Daha incə və balanslı quruluş
- Köhnə modellərdəki qalın kamera çıxıntısı aradan qaldırılıb
- 137 LED (əvvəl 489 idi)
- Daha parlaq, amma daha aşağı “resolution”
- 6.83 düym AMOLED panel
- 1.5K resolution
- 5000 nit pik parlaqlıq
- 50MP əsas sensor (daha böyük sensor, yaxşı low-light)
- 50MP periskop telefoto (3.5x optik zoom)
- 140x hibrid zoom (praktik deyil, amma mövcuddur)
- 8MP ultrawide
- 32MP selfie
- Video çəkiliş zəif tərəfdir
- Ekspozisiya sabitliyi problemlidir
- Zoom zamanı keyfiyyət tez düşür
Performans və batareya
Cihaz Snapdragon 7 Gen 4 prosessoru ilə təchiz olunub:- CPU +27 %
- GPU +30 %
- AI performans +65 %
- 5080 mAh
- 50W sürətli şarj
- Wireless charging yoxdur
Proqram təminatı və AI funksiyalar
Nothing OS öz fərqli yanaşmasını davam etdirir:- Essential Search – sistem üzrə ağıllı axtarış
- Essential Memory – məlumatların analizi və yadda saxlanması
- Cloud dəstəyi əlavə olunub
- Cəmi 3 il Android yeniləmə + 3 il təhlükəsizlik patch
- Rəqiblər (Google, Samsung) 7 ilə qədər dəstək verir