techspace

19:45

Ödənişli ChatGPT Plus-a yeni istifadəçilərin qeydiyyatı bərpa edilib

     Keçən ay OpenAI şirkəti ChatGPT çat-botunun ödənişli versiyası olan ChatGPT Plus üçün yeni istifadəçilərin qeydiyyatını dayandırmışdı. Səbəb isə OpenAI şirkətinin bu çat-botla bağlı olan infrastrukturunun ciddi şəkildə yüklənməsində idi. Belə ki, çat-botun əldə etdikləri yeni funksiyalar səbəbilə ona tələbat olduqca artmışdı. İndi isə OpenAI şirkətinin CEO-su Sam Altman bildirib ki, ChatGPT Plus üçün yeni istifadəçilərin qeydiyyat prosesi bərpa olunub.