techspace

09:46

OneUI 6-nın üçüncü beta versiyası Galaxy S23 smartfonlarında istifadəyə verilib

    Samsung şirkəti Galaxy S23 smartfonlarında OneUI 6.0 istifadəçi interfeysini test etməyə davam edir. Məlum olub ki, şirkət sözügedən smartfonlar üçün OneUI 6.0-ın yeni beta versiyasını istifadəyə verib. Söhbət, OneUI 6.0-ın üçüncü beta versiyasından gedir. Galaxy S23 smartfonlarının ABŞ, Almaniya, Hindistan və Böyük Britaniyadakı istifadəçiləri artıq OneUI 6.0 Beta 3-dən yararlana bilərlər. Digər ölkələrdəki istifadəçilər üçün isə sözügedən beta versiya yaxın zamanda istifadəyə veriləcək.