22:12

OpenAI agentləri BMT saytını 16 000 dəfədən çox skan edib, maneələri aşıb

    “OpenAI” agentləri aprel-iyun aylarında BMT-nin Ticarət və İnkişaf Konfransının statistika saytını 16 000 dəfədən çox skan edib. Bunu təhlükəsizlik tədqiqatçısı Rowan Howard-Jones aşkarlayıb. Agentlər açıq məlumatları toplamaq üçün adi sorğularla kifayətlənməyib və getdikcə daha sərt üsullara keçiblər.OpenAI agentləri BMT saytını 16 000 dəfədən çox skan edib, maneələri aşıb    Ehtimala görə, agentlərin işi Məhsuldar İmkanlar İndeksi (PCI) ilə bağlı açıq məlumatları “UNCTADstat” API-dən toplamaq olub. API proqramların bir xidmətdən avtomatik məlumat alması üçün bağlantıdır. Ancaq agentlərin bu sistemə birbaşa çıxışı olmayıb. HTTP alətlərinə qoyulan məhdudiyyətlər də saytdan məlumat götürməyə mane olub.    Daha sonra agentlər məhdudiyyətlərdən yan keçərək saytdan məlumat çəkməyin yolunu tapıblar. Buna baxmayaraq, sorğular zamanı səhvlər davam edib. Sistem problemin səbəbini əslində olmayan filtrdə axtarıb və davranışını gizlətməyə başlayıb. Ardınca “Google” şirkətinin saytlararası skript boşluqlarını öyrənmək üçün hazırladığı “XSS game” alətindən öz məqsədi üçün yararlana biləcəyini müəyyən edib.OpenAI agentləri BMT saytını 16 000 dəfədən çox skan edib, maneələri aşıb    Tədqiqatçı bunu məqsədə çatmaq üçün normal sərhədləri aşan süni intellekt agentlərinə nümunə sayıb. Hadisə saytın sındırılması həddinə çatmayıb, ancaq avtomatlaşdırılmış sistemlərin nəzarətsiz sorğular göndərməsi narahatlıq yaradıb. “OpenAI” və BMT məsələni şərh etməyib. Agentlərin nə qədər məlumat topladığı da bilinmir.