techspace

17:53

OpenAI ChatGPT-də yeniyetmələr üçün yaş təxmin etmə sistemini işə salır

  Technote.az “Mashable” platformasına istinadən bildirir ki, OpenAI yeniyetmələrin onlayn təhlükəsizliyini artırmaq məqsədilə ChatGPT üçün yeni yaş təxmin etmə funksiyasını istifadəyə verir. Şirkətin açıqlamasına görə, bu sistem istifadəçinin davranışları və hesab məlumatları əsasında onun təxmini yaşını müəyyən etməyə çalışır.ChatGPT | AI Chatbot to Discover, Learn & Create  Yaş təxmin etmə modeli istifadəçinin gün ərzində aktiv olduğu saatlar, uzunmüddətli istifadə vərdişləri, hesabın yaradılma tarixi və istifadəçi tərəfindən qeyd edilən yaş kimi siqnalları nəzərə alır. Məqsəd 18 yaşdan aşağı istifadəçiləri potensial zərərli məzmundan qorumaqdır. Qeyd edək ki, yeniyetmələrin təhlükəsizliyi məsələsi son aylarda OpenAI üçün xüsusilə aktual olub. Şirkət bəzi valideynlərin iddiaları ilə bağlı məhkəmə prosesləri ilə üzləşsə də, bu ittihamları rədd edib və təhlükəsizlik mexanizmlərini gücləndirdiyini bildirir.