techspace

19:09

Perseverance Marsı araşdırarkən insan zibili tapdı

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) 2021-ci ildə Marsa endirdiyi “Perseverance” adlı kəşfiyyat vasitəsi Marsın səthində gözlənilməz bir şey tapıb. Çaşqınlıq yaradan kəşf kosmosun necə insan zibilliyinə çevrildiyini göstərdiyi üçün narahatlıq doğurur.

Marsda İnsan Zibili Tapıldı

Marsda işlərini davam etdirən Perseverance, eniş yerindən təxminən 2 kilometr aralıda kosmik gəmiləri qorumaq üçün hazırlanmış termal örtüklərin qalıqlarını tapıb. Rəsmi açıqlamada belə qeyd edilir: “Bunu burada tapmaq çox təəccüblüdür. Bu parça eniş zamanı bura gəlib, yoxsa külək onu bura aparıb? “Əslində, termal örtüyün parçasının Perseverance-ə aid olub-olmadığı belə aydın deyil.

My team has spotted something unexpected: It’s a piece of a thermal blanket that they think may have come from my descent stage, the rocket-powered jet pack that set me down on landing day back in 2021. pic.twitter.com/O4rIaEABLu

— NASA's Perseverance Mars Rover (@NASAPersevere) June 15, 2022
T: Komandam gözlənilməz bir şey gördü: Bu, mənim enmə mərhələmdəndir, 2021-ci ildə eniş günü məni yerə salan raketlə işləyən reaktiv paketdən gəldiyini düşündükləri bir termal yorğan parçasıdır.

Çərşənbə axşamı Perseverance komandası Twitter-də paylaşdı ki, onlar eniş zamanı məruz qaldığı həddindən artıq temperaturdan roveri qorumaq üçün istifadə olunan termal örtüyün parçasını görüblər. Marsa Perseverance ilə gedən İngenuity adlı helikopter, ötən aylarda etdiyi araşdırma zamanı həm özünü, həm də Perseverancen kosmik aparatını yerə endirən materialların zibilini göstərmişdi. Son məlumat bu zibilin zamanla dağılacağını göstərir. Beləliklə unutmaq olmaz ki, planetimizdən buraxılan kosmik gəmilərin qalıqları yüz milyonlarla kilometr məsafə qət edərək Marsa belə gedib çatıb.

Marsda İnsan Zibili Tapıldı

Yer orbiti artıq nəhəng bir zibilliyə çevrilib. Kosmosa atılan kosmik gəminin qalıqları və hazırda zədələndiyi və ya ömrünü tamamladığı üçün fəaliyyətsiz olan peyklər roketlərin Yerdən ayrılmasını çətinləşdirir. Yer kürəsini əhatə edən bütün kosmik tullantılar, sıradan çıxmış peyklər, yanmış gücləndiricilər, paraşütlər və digər qalıqlar isə ən əsas Beynəlxalq Kosmik Stansiya üçün təhlükəli ola bilər . 1967-ci ildə imzalanmış Kosmos Müqaviləsi kosmosun zibilliyə çevrilməsinin qarşısını almağa çalışsa da faktiki olaraq heçnə edilmir. Dünyanı kifayət qədər çirkləndirən bəşəriyyət indi də gözünü kosmosa dikib.

San-Fransisko Universitetinin astronomiya professoru Aparna Venkatesan keçən ay Amerika Təbiət Tarixi Muzeyində keçirilən tədbirdə dinləyicilərə deyib ki, “kosmos mühitini çirkləndirməyə qarşı fəaliyyətimizin möhkəmləndirilməsi onun bəşər sivilizasiyasının ümumi irsi kimi müəyyən edilməsini tələb edəcək.” Çoxları bu elmi cümləni nəzərə alıb nəinki kosmosu, heç yaşadığı şəhəri belə təmiz saxlamağa çalışmır.

Bəs siz bu haqqda nələr fikirləşirsiniz? Fikirlərinizi bizimlə bölüşməyi unutamayın.

Kosmosda çaxnaşma: NASA astronavtı boğulma təhlükəsi ilə üz-üzə qaldı
Xəbər Oxu