16:03
POCO F5-in hansı prosessor vasitəsilə çalışacağı məlum olub

Artıq çoxdan məlumdur ki, Xiaomi-nin POCO brendi qlobal bazar üçün nəzərdə tutulmuş POCO F5 smartfon seriyası üzərində çalışır. Bu seriyaya POCO F5 və F5 Pro modelləri daxil olacaqlar. İndi isə POCO F5-in hansı prosessor vasitəsilə çalışacağı rəsmi olaraq məlum olub. Qualcomm-un Hindistan şəbəsinin öz Twitter hesabında paylaşmış olduğu tweet-ə əsasən POCO F5 smartfonu Snapdragon 7 Gen 2 prosessoru vasitəsilə çalışacaq.
Qeyd etmək lazımdır ki, Snapdragon 7 Gen 2 prosessoru 4 nanometrlik texnoloji proses əsasında hazırlanıb və o, AnTuTu testində 1 milyon xal toplayır. POCO F5-ə gəldikdə isə o, bir neçə müddət bundan öncə Çin bazarı üçün təqdim edilmiş Redmi Note 12 Turbo-nun qlobal versiyası olmalıdır. Buna görə də smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekran, 64 MP-lik əsas arxa kamera və 67 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır. POCO F5 smartfon seriyasının gələn ay təqdim olunacağı gözlənilir.