techspace

14:04

POCO F6 subflaqman smartfonun təqdimatı anons edilib

     Bir neçə ay ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Xiaomi-nin POCO brendi sonunda POCO F6 smartfonunun təqdimatını anons edib. Brendin rəsmi anonsuna əsasən POCO F6 smartfonu 23 may tarixində Hindistanda təqdim ediləcək. Qeyd etmək lazımdır ki, POCO-nun bu yeni smartfonu keçən ay Çində təqdim edilmiş Redmi Turbo 3 subflaqman smartfonunun qlobal bazar üçün nəzərdə tutulmuş versiyası olmalıdır. Bu isə o deməkdir ki, POCO F6 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.7 düym ekranla təchiz olunacaq və Snapdragon 8s Gen 3 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfon özündə 50 MP + 8 MP ikili arxa kameranı və 90 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirməlidir. Üstəlik POCO F6 gövdəsinin IP64 standartı üzrə sudan qorunma özəlliyinə sahib olacağı güman edilir.