techspace

18:37

POCO-nun 21 smartfonu HyperOS-i əldə edəcək

     Dünən məlum oldu ki, çoxlu sayda Xiaomi Redmi smartfonları HyperOS-i əldə edəcəklər. İndi isə POCO brendinin smartfonları barəsində məlumat ortaya çıxıb. Belə ki, ortaya çıxmış məlumata əsasən POCO-nun 21 smartfonu HyperOS-i əldə edəcək. Qeyd etmək lazımdır ki, POCO brendinin smartfonları mövzusunda söhbət, HyperOS-in qlobal versiyasından gedir. Belə ki, POCO smartfonları Çin bazarında satılmır. Beləliklə HyperOS-i əldə edəcək POCO smartfonlarının siyahısı aşağıdakı kimidir.- POCO F5 Pro- POCO F5- POCO F4 GT- POCO F4- POCO F3- POCO F3 GT- POCO X6 Neo- POCO X6 5G- POCO X5 Pro 5G- POCO X5 5G- POCO X4 GT- POCO X4 Pro 5G- POCO M6 Pro 5G- POCO M6 5G- POCO M5s- POCO M5- POCO M4 Pro 5G- POCO M4 Pro 4G- POCO M4 5G- POCO C55- POCO C65.