techspace

08:46

ProductTank Baku meetup ənənəsini davam etdirir!

24 Yanvar tarixində Shahlar M. Damirli, Asif Aliyev, APM PFQ Aysel Gulmammadova təşkilatçılığı ilə  ProductTank Baku “Developerlər ilə effektiv kommunikasiyanı necə yaradaq” mövzusunda sayca 5ci Meetup təşkil edilib.

ProductTank Baku

Bu dəfə Meetupda sektora fərqli baxış gətirildi. Belə ki, məhsul sahiblərinin proqramlaşdırma komandaları ilə kommunikasiya strategiyalarını elə məhz ölkədə sözünü demiş peşəkarlardan dinləmək mümkün oldu.

Dəyərli fikirlərini paylaşdıqları üçün spikerlərə:

Rashad Amirjanov – Director of Digital Engineering at PASHA Bank OJSC

Shahmar Seyfullayev – Enterprise Architect | Senior Software Engineer Kapital Bank

Rufat Abdul-zada – iOS Team Lead at Guavapay

ProductTank Baku

Qeyd edək ki, Meetup-da 80-dən çox qonaq iştirak edib. İcmaya hər zamankı kimi Baku Design Academy Ev sahibliyi edir. Həmçinin Meetup-lar hər ay təşkil olunur. Məhsul sahibi ilə əlaqəli olmaq istəyən hərkəs İcma-ya qoşula bilər. 

Bununla bağlı bütün yeniliklər, görüşlər, suallar, vakansiyalar aktiv şəkildə Telegram kanalında https://t.me/po_pm_community paylaşılır. Hazırda Telegram kanalında 800-dən çox aktiv üzv var.