techspace

17:58

Qarabağ Universitetində beynəlxalq ikili diplom proqramı başlayır!

2026/2027-ci tədris ilindən etibarən Qarabağ Universitetində dünyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan İstanbul Texniki Universiteti (İTÜ) ilə birgə mühəndislik üzrə ikili diplom proqramı həyata keçiriləcək.

Proqramın üstünlükləri:

  • Təhsil tamamilə ingilis dilində
  • 3 il Qarabağ Universiteti + 1 il İstanbul Texniki Universitetində təhsil
  • Hər iki universitetin diplomu
  • İTÜ professorlarının iştirakı ilə tədris
  • Xankəndidə müasir laboratoriyalar
  • Türkiyədə istehsalat təcrübəsi və yay məktəbi

Proqram aşağıdakı ixtisasları əhatə edir:

  • İnşaat mühəndisliyi
  • Elektrik və elektronika mühəndisliyi
  • Mexanika mühəndisliyi
  • Kimya mühəndisliyi

QS World University Rankings 2027-yə əsasən, İstanbul Texniki Universiteti Türkiyənin ən yaxşı universiteti, dünyanın isə 279-cu universitetidir.

Qarabağ Universiteti beynəlxalq əməkdaşlıqlarını genişləndirərək gələcəyin mühəndislərinin hazırlanması istiqamətində yeni mərhələyə qədəm qoyur.