techspace

11:52

Qatlana bilən OnePlus Open smartfonunun real fotoları ortaya çıxıb

    OnePlus şirkəti öz ilk qatlana bilən smartfonu olacaq OnePlus Open-i hələ təqdim etməsə də onun barəsində məlumatlar artıq uzun müddətdir ki, ortaya çıxırlar. İlk öncə smartfonun avqust ayının sonunda təqdim olunacağı gözlənilirdi. Lakin bu, baş vermədi. Görünür OnePlus Open-in təqdimatı artıq çox yaxındır. Belə ki, sözügedən qatlana bilən smartfon hind aktrisasının əlində görülüb. Jurnalistlər hind aktrisası Anushka Sharma-nı öz avtomobilində olan zaman fotolarını çəkiblər. Fotoların çəkildiyi zaman kadrlara OnePlus Open qatlana bilən smartfonu düşüb.  Bu isə o deməkdir ki, OnePlus şirkətinin ilk qatlana bilən smartfonu artıq hazırdır və onun təqdimatı yaxın zamanda baş tuta bilər. Son məlumat sızıntılarına əsasən OnePlus Open smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 7.8 düym daxili ekran ilə təchiz olunacaq və Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq. Smartfon özündə həmçinin 16 GB RAM-ı, 256 GB daxili yaddaş həcmini və 67 vatt gücündə sürətli şarj texnologiyalı 4800 mAh enerji tutumlu batareyanı birləşdirməlidir. Gözləntilərə əsasən OnePlus Open artıq bu ay ərzində təqdim olunacaq.