techspace

11:00

Qazaxıstanlıların qurduğu startap Higgsfield AI 400 milyon dollar investisiya əldə edib

Qazaxıstanlıların qurduğu startap 𝗛𝗶𝗴𝗴𝘀𝗳𝗶𝗲𝗹𝗱 AI 𝟰𝟬𝟬 𝗺𝗹𝗻 𝗱𝗼𝗹𝗹𝗮𝗿 𝗶𝗻𝘃𝗲𝘀𝘁𝗶𝘀𝗶𝘆𝗮 əldə edib.

Bu barədə startapın təsisçisi Alex Mashrabov öz LinkedIN səhifəsində paylaşıb:

“Bu gün 𝗛𝗶𝗴𝗴𝘀𝗳𝗶𝗲𝗹𝗱 𝗔𝗜 şirkətinin DST Global tərəfindən idarə olunan investisiya raundunda 400 milyon dollar maliyyələşmə cəlb etdiyini elan edirik. Bu raundla şirkətin dəyəri 5,4 milyard dollar olaraq qiymətləndirilir”.

Raundu DST Global aparıb, Goldman Sachs, Intel və digərləri iştirak edib. Startapın bu il illik gəliri avqustda 700 milyon dollara çatıb.

“Higgsfield AI” istifadəçilərə, xüsusilə, məzmun yaradıcıları və sosial media menecerlərinə süni intellektlə video yaratmaq, redaktə imkanı verən həll təqdim edir. Şirkəti “Snap”in Generativ AI üzrə keçmiş rəhbəri Aleks Maşrabov və qazaxıstanlı AI mühəndis Yerzat Dulat  təsis edib. Aleks həm də “AI factory”nin həmtəsisçilərindən olub.