techspace

09:58

Qitələrarası 6 elektrik əlaqəsi dünyanı yenidən formalaşdıracaq!

Dünyada baş verən son hadisələr artıq eletrik xətlərinin qitələrarası çəkilməsinə yol açır. Belə ki, yeni çəkiləcək qitələrarası 6 elektrik əlaqəsi dünyanı yenidən formalaşdıracaq. Fasiləsiz enerji təmin etmək və cari enerji ehtiyacını ödəmək üçün elektrik stansiyalarını və bütün şəbəkələri birləşdirən sistemlər interconnected sistemlər adlanır. Bunlar ümumiyyətlə milli və bəzən beynəlxalq sistemlər ola bilir. Bu sistemlər avtomobil yolları kimi həyati əhəmiyyət kəsb edir və ölkələrin enerji sistemlərinin karbonsuzlaşdırılmasında böyük əhəmiyyətə malikdir.

qitələrarası elektrik əlaqəsi

Dünyada bir neçə nəhəng layihə qitələri elektrik xətləri ilə birləşdirmək istəyir. Hazırda dünyanın quru və dəniz üzərindən ən uzun əlaqəsi Danimarka və Böyük Britaniya arasında 764 km uzunluğunda olan Viking Link layihəsidir. Bu 2,2 milyard dollarlıq layihə planlaşdırılan 6 yeni qitələrarası elektrik xətti ilə müqayisədə olduqca kiçik olacaq. Qitələrarası elektrik əlaqələri ilk olaraq Mərakeş və İngiltərə arasında olacaq. Britaniya startapı Xlinks-in Sahara səhrasında külək və günəş enerjisini Mərakeşdən İngiltərəyə köçürmək planı böyük diqqət çəkir. Fransız neft nəhəngi TotalEnergies, Britaniyanın bərpa olunan enerji qrupu Octopus Energy və ABŞ-ın külək turbinləri istehsalçısı GE Vernova artıq bu layihəyə sərmayə qoyublar. Şirkət Mərakeşdə 11,5 GVt enerji istehsal edə bilən külək və günəş enerjisi qurğuları qurmaq və onları Avropanın Atlantik sahillərini gəzəcək 4000 km uzunluğunda sualtı kabel vasitəsilə Böyük Britaniyaya birləşdirmək istəyir.

Avstraliya və Sinqapur əlaqəsi

Digər bir layihə, Avstraliyanın daxili hissəsindən Sinqapura Sun Cable vasitəsilə 5,100 km, 5,65 GVt gücündə enerji bağlantısıdır. Şirkətin məlumatına görə, bu əlaqə təxminən 20 milyard dollara başa gələcək. Avstraliyanın daxili hissəsi demək olar ki, tamamilə boşdur və bərpa olunan enerji qurğuları üçün çox əlverişlidir. Digər tərəfdən, Sinqapur boş torpaq sahəsinə görə dünyada ən məhdud ölkələrdən biridir. Layihəyə əsasən, birləşdirici xəttin ilk 800 km-i quru yolu ilə Avstraliyanın Darwin regionuna gedəcək. 3,9 GVt təmiz enerji bu şəhərə, qalan 1,75 GVt isə 4300 km-lik xəttlə Sinqapura daşınacaq. Layihə bərpa olunan enerji üzrə aparıcı investor olan avstraliyalı milyarder Mike Cannon-Brookes-un daxil olduğu konsorsium tərəfindən həyata keçirilir.

qitələrarası elektrik əlaqəsi

Avropa və Şimali Amerika əlaqəsi

Layihələr arasında ən iddialı layihə Avropa və Şimali Amerikanın elektrik şəbəkələrini birləşdirmək məqsədi daşıyır. NATO-L adlı layihənin arxasında duran üç sahibkar iki qitəni birləşdirən 6GW interkonnektor yaratmaq istəyir. Layihə çərçivəsində Şimali Amerikada üç, Qərbi Avropada üç eniş nöqtəsi olmaqla hər iki tərəfə budaqlanacaq bir sistem planlaşdırılır. Kanadadakı Newfoundland-ı İngiltərə və İrlandiya ilə birləşdirə biləcəyi ehtimal edilən layihə, 3500 km uzunluğunda olacaq. Layihənin 28-40 milyard dollara başa gələcəyi təxmin edilir.

qitələrarası elektrik əlaqəsi

Azərbaycan və Avropa Birliyi əlaqəsi

Rusiya və Ukrayna arasında münaqişələr və bunun nəticəsində yaranan enerji böhranı Avropanın enerji siyasətinin mənzərəsini tamamilə dəyişib. Aİ enerji sahəsində yenidən problem yaşamaq istəmədiyi üçün enerji sahəsində hər cür əməkdaşlığa açıqdır. Bu yaxınlarda yenidən Avropa Komissiyasının sədri seçilmiş Ursula von der Leyen, bildirib ki, Xəzər dənizi və Qara dənizin altından keçən 1200 km-lik əlaqə sayəsində, Avropanın Rusiya qazına olan ehtiyacını aradan qaldıra və əvəzində Azərbaycandan yaşıl enerjidən istifadə edə biləcək. Ölkəmiz demək olar ki, mədən əsaslı enerji infrastrukturuna malik olsa da, son illərdə təmiz enerji potensialını artırmaq üzrə addımlar atır. Planlaşdırılan layihə çərçivəsində gücün 1 GW olması hədəflənir. Azərbaycandan Gürcüstana, Rumıniyaya və Macarıstana Avropa və Asiyanı birləşdirən elektrik xəttinin bir qolu Ukraynaya çatacaq.

qitələrarası elektrik əlaqəsi

Yunanistan və Misir əlaqəsi

Yunanıstan və Misiri birləşdirəcək ‘GREGY’ adlı 1000 km uzunluğunda sualtı kabel layihəsi də mövcuddur. Layihə Yunanıstanın Copelouzos Group və Masdar və Misirin Infinity şirkətlərinin birgə müəssisəsi olan Infinity Power tərəfindən həyata keçirilir. Layihə çərçivəsində Misirdə tikiləcək və istismar ediləcək nəhəng 9,5 GVt bərpa olunan enerji fermasından 3 GVt gücün nəqli planlaşdırılır. Avropaya ötürüləcək bu enerji, Yunanıstanın ehtiyaclarını qarşılayarkən ətraf ölkələrə də ötürülə bilər. Avropa Komissiyası GREGY-ni özünün flaqman layihəsi kimi müəyyən edir. Azərbaycan-Aİ bağlantısı kimi, bu layihə də qitəni Rusiya qazından ayıracaq.

qitələrarası elektrik əlaqəsi

Səudiyyə Ərəbistanı və Hindistan

Hələlik müddəti məlum olmayan bu kritik əhəmiyyətli layihə üzrə Səudiyyə Ərəbistanı ilə Hindistan arasında anlaşma memorandumu ötən il imzalanıb. İki ölkə elektrik şəbəkələrinin birləşdirilməsində əməkdaşlıq edərkən, bərpa olunan enerjiyə diqqət yetirəcək. Hindistan artıq Səudiyyənin neft və qazının əsas alıcısı olsa da, hər iki ölkə təmiz enerjiyə keçidi hədəfləyir. Qitələri birləşdirən bu nəhəng elektrik əlaqələri üçün ən böyük ideallar Hindistanın baş naziri Narendra Modi-yə məxsusdur. İlk addım olaraq Modi Hindistan, Yaxın Şərq və Cənub-Şərqi Asiyanın elektrik şəbəkələrini birləşdirməyi, daha sonra Afrikanı daxil etməyi və nəhayət, 2050-ci ilə qədər bütün dünyada 2600 GVt bir-birinə bağlı əlaqə yaratmağı hədəfləyir.