17:47
Qlobal bazarda HyperOS-i əldə edəcək Xiaomi cihazlarının yenilənmiş siyahısı təqdim edilib

Xiaomi şirkəti MWC 2024 sərgisi çərçivəsində qlobal bazarda HyperOS-i əldə edəcək cihazlarının siyahısını təqdim edib. Siyahıya smartfonlarla yanaşı planşetlər, bir ədəd smart saat və bir ədəd smart qolbaq daxil olublar. Siyahıdakı cihazlar qlobal bazarda HyperOS-i bu ilin birinci yarısında əldə edəcəklər. Beləliklə siyahı aşağıdakı kimidir.Smartfonlar:- Xiaomi 14 (qutudan HyperOS ilə çalışacaq)- Xiaomi 14 Ultra (qutudan HyperOS ilə çalışacaq)- Xiaomi 13 seriyası- Xiaomi 13T seriyası- Xiaomi 12 seriyası- Xiaomi 12T seriyası- Redmi Note 13 seriyası- Redmi Note 12 Pro+ 5G- Redmi Note 12 Pro 5G- Redmi Note 12 5G.Planşetlər:- Xiaomi Pad 6S Pro (qutudan HyperOS ilə çalışacaq)- Xiaomi Pad 6- Redmi Pad SE.Smart saatlar və qolbaqlar:- Xiaomi Watch S3 (qutudan HyperOS ilə çalışacaq)- Xiaomi Smart Band 8 Pro.