Çinli smartfon istehsalçıları arasında sürətli enerji doldurma rəqabəti davam edir. İndi də Realme, 300W-lıq sürətli şarj texnologiyası üzərində işlədiyini açıqlayıb.
Realme Qlobal Marketinq Meneceri
Francis Wong, TheTechChap-a verdiyi müsahibədə ''ş
irkət hazırda 300W-lıq enerji doldurma texnologiyasını sınaqdan keçirir'' deyə bildirib. Wong, hələ
300W texnologiyası üçün təfərrüatları qeyd etməyib. Onu da qeyd edək ki, keçən il təqdim edilən
Realme GT Neo 5, 10 dəqiqədən az müddətdə tam enerji doldurmağı təklif edən
240W-lıq şarj cihazı ilə təqdim edilmişdi. Görünən odur ki, sürətli enerji doldurma tərəfində növbəti yenilik
Realme GT Neo 6 smartfonu ilə mümkün olacaq.

Üstəlik, Realme, bu sahədə qabaqcıl olsa da,
Redmi hazırda telefonlar üçün
300W enerji doldurma texnologiyasını nümayiş etdirən yeganə markadır. Nümayiş zamanı telefonların
0-dan 50%-ə 3 dəqiqədən az bir müddətə və
100%-ə kimi isə 5 dəqiqədən qısa bir müddətdə doldurula biləcəyi göstərilmişdi. Sürətli enerji doldurma xüsusilə hərəkətdə olan istifadəçilər üçün danılmaz bir rahatlıq olsa da, həddindən artıq istiləşmə və batareyanın sağlamlığı kimi suallar doğurur. Buna görə də aydındır ki, 300W daha böyük və daha səmərəli soyutma həlləri tələb edəcək. Bu, telefonun qiymətini artıra bilər. Hər halda, biz 5 dəqiqənin altında tam şarj doldurma müddətinə getdikcə yaxınlaşırıq və Realme-nin 300W-lıq sürətli şarj texnologiyasını bazara çıxarıb, çıxara bilməyəcəyini görmək maraqlı olacaq.