Rəssamlar, Google-un süni intellektlə işləyən şəkil generatoru "Imagen"i inkişaf etdirmək üçün onların əsərlərini icazəsiz istifadə etdiyini bildirərək məhkəməyə veriblər.
Google-un
Alphabet bölməsi, süni intellekt (AI) ilə işləyən şəkil generatoru "
Imagen"i öyrətmək üçün icazəsiz bir qrup rəssamın əsərindən istifadə etdiyi üçün Kaliforniya federal məhkəməsində yeni
müəllif hüquqları iddiası ilə üzləşir. Fotoqraf
Jingna Zhang və karikaturaçı rəssamlar
Sarah Andersen, Hope Larson və Jessica Fink bildiriblər ki, Google "Imagen"ə insan mətn əmrlərinə necə cavab verməyi öyrətmək üçün onların işləri də daxil olmaqla, milyardlarla müəllif hüquqları ilə qorunan şəkillərdən istifadə etməkdə cavabdehdir.

Google-nin sözçüsü
Jose Castaneda açıqlamasında, "
Bizim süni intellekt modellərimiz ilk növbədə internetdə açıq olan məlumatlar əsasında hazırlanır. Amerika qanunları uzun müddətdir ki, ictimai məlumatların yeni və faydalı üsullarla istifadəsini dəstəkləyir. Bu iddiaları məhkəmədə təkzib edəcəyik." deyə bildirib. Sənətçilərin vəkilləri
Joseph Saveri və Matthew Butterick isə açıqlamalarında bu işin, "
Trilyon dollarlıq texnoloji şirkətin icazəsiz, ödənişsiz və ya kompensasiya olmadan başqalarının müəllif hüquqları ilə qorunan əsərləri üzərində kommersiya süni intellekt (AI) məhsulu öyrətməyi seçməsinin başqa bir nümunəsidir." deyə qeyd ediblər. Bundan əlavə, rəssamlar məhkəmədən naməlum məbləğdə təzminat və Google-dan əsərlərinin nüsxələrini məhv etməyi tələb edən qərar tələb ediblər.