techspace

08:26

Rusların GigaChat süni intellekti tibb imtahanından keçib!

Son dövrlərdə süni intellekt ilə bağlı yeniliklər, o cümlədən uğurlar artmaqda davam edir. Belə ki, bu dəfə Rusiyanın Sberbank şirkəti tərəfindən hazırlanmış GigaChat 6 illik tibb təhsili alan tələbələrin verdiyi imtahandan uğurla keçib. Süni intellekt tədricən elmi fənləri də öyrənməyə başlayır. Qeyd edək ki, nəhəng Rusiya Bankı təxminən 10 ay əvvəl Rusiyada ChatGPT rəqibi GigaChat-i elan etmişdi. Habelə şirkət yeni süni intellektini təqdim edərkən demək olar ki, heç bir detal paylaşmamışdı. İndi isə GigaChat-in bacarıqları gün üzünə çıxır.

GigaChat tibb

Rusların ChatGPT rəqibi GigaChat indi tibb imtahanından uğurla keçə bilib. “Russia Today”-in məlumatına görə, GigaChat-ın 100 suallıq testdə 82% müvəffəqiyyət əldə etdiyi cərrahiyyə, ginekologiya üzrə şifahi imtahanları da uğurla tamamladığı bildirilir. GigaChat tibb tələbələrinin istifadəsi üçün hazırlanmış bir platformadır və ekspertlər platformanın imtahandan keçmək üçün 6 aylıq təlim prosesindən keçdiyini bildirir. Qeyd edək ki, 2023-cü ilin aprel ayında son illərdə texnologiyaya, eləcə də bank xidmətlərinə sərmayə qoyan Sberbank tərəfindən elan edilən süni intellekt tətbiqinin hazırda 2.5 milyondan çox istifadəçisi mövcuddur.

İmtahandan uğurla keçmək üçün platforma 6 aylıq təlim müddətində Rusiya tibb fakültəsi tələbələrinin istifadə etdiyi məqalələrdəndərsliklərdən istifadə edib. Söhbət, kodlaşdırma və şəkillər hazırlamaq kimi imkanlara da sahib olan platforma beynəlxalq rəqiblərindən fərqli olaraq rus dilində daha “ağıllı” ünsiyyət qura bilir.