techspace

16:36

Samsung Galaxy F12 üçün OneUI 5,1 istifadəyə verilib

    Samsung öz smartfonları üçün OneUI 5.1 istifadəçi interfeysini istifadəyə verməyə davam edir. Bu dəfə OneUI 5.1-i şirkətin büdcəli smartfonu əldə edib. Söhbət, Galaxy F12-dən gedir. Sözügedən smartfon üçün proqram təminatı yenilənməsi F127GXXU4DWD1 nömrəsi altında istifadəyə verilib və o özündə Google şirkətinin mart ayı üçün nəzərdə tutulmuş təhlükəsizlik yenilənməsini birləşdirir. Qeyd etmək lazımdır ki, Galaxy F12 smartfonu OneUI 5.1 istifadəçi interfeysinin Core versiyasını əldə edib.