techspace

16:45

Samsung Galaxy S24 Ultra bütün ölkələrə Snapdragon ilə gələ bilər!

Şayiələrə görə, Samsung əvvəlki kimi Exynos Snapdragon versiyaları ilə Galaxy S24 Ultra da daxil olmaqla bütün seriyanı təqdim edəcək. Lakin yeni bir dəyişikliyə görə, bu qarşıqlıq modelə görə fərqlilik daşıyacaq. Galaxy S24 Ultra modeli, Snapdragon 8 Gen 3 for Galaxy ilə hər bazarda satışa təqdim edilə bilər.

Setsuna Digital tərəfindən paylaşılan məlumata görə, Galaxy S24 Galaxy S24 Plus modelləri Exynos 2400 çipindən istifadə edəcək. Bu çipdən istifadə edən telefonlar Türkiyə, Avropa və bəzi digər bazarlara təklif olunacaq. ABŞ və bəzi bölgələrdə isə Snapdragon istifadə ediləcək. Həmçinin bildirilir ki, bölgədən asılı olmayaraq, Galaxy S24 Ultra yalnız Snapdragon 8 Gen 3 ilə satışa çıxarılacaq. Samsung əvvəllər heç vaxt belə bir addım atmayıb və bu söz-söhbət hələ başqa mənbələr tərəfindən təsdiqlənməyib.

S24 Ultra Snapdragon

Bununla birlikdə bəzi mənbələr hələ də Galaxy S24 Ultra çipsetinin Exynos 2400 ilə elə ənənəvi qaydada təchiz edilə biləcəyini gözləyirlər. Lakin ötən həftə Samsung şirkətinə yaxın mənbələrin verdiyi məlumatda holdinq rəhbərləri arasında mövzunun gündəmə gətirildiyi də iddialar arasındadır. İddialara görə, Samsung şirkəti təkrarən ikili çipset strategiyasının premium flaqman modelləri olan Galaxy S24 Ultra-nın adına xələl gətirməsini istəmirlər.

Bununla belə,ötən gün ən yüksək səviyyəli konfiqurasiyada cihazın 2 TB yaddaş16 GB RAM alacağı da deyilmişdi. Xatırladaq ki, Galaxy S23 Ultra 256 GB, 512 GB və 1 TB kimi yaddaş seçimlərində mövcud idi.