techspace

15:58

Samsung Galaxy Tab A9+ planşetinin texniki göstəriciləri ortaya çıxıb

    Samsung şirkətinin hələ təqdim edilməmiş Galaxy Tab A9 planşet seriyasına daxil olacaq Galaxy Tab A9+ modeli Google Play Console-da ortaya çıxıb. Nəticədə planşetin bəzi texniki göstəriciləri məlum olub. Beləliklə məlumata əsasən Galaxy Tab A9+ planşeti 1920x1200 piksel keyfiyyətli ekranla təchiz olunacaq. Lakin məlumatlarda planşetin ekran ölçüsü qeyd edilməyib. Lakin qeyd edilib ki, planşet Snapdragon 695 prosessoru vasitəsilə çalışacaq və özündə 4 GB RAM-ı birləşdirəcək. Daha öncəki məlumat sızıntılarına əsasən Galaxy Tab A9+ planşeti 6 GB-a kimi RAM, 1 TB-a kimi daxili yaddaş həcmi və 15 vatt gücündə sürətli şarj texnologiyalı 7040 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Galaxy Tab A9 planşet seriyasının yaxın zamanda təqdim olunacağı gözlənilir.