techspace

14:06

Samsung Galaxy Z Fold 5 və Z Flip 5 üçün proqram təminatı yenilənməsi təqdim edilib

    Samsung şirkəti özünün yeni qatlana bilən smartfonları üçün proqram təminatı yenilənməsini istifadəyə verməklə onları yaxşılaşdırmağa davam edir. Söhbət Galaxy Z Fold 5 ilə Z Flip 5 smartfonlarından gedir. Proqram təminatı yenilənməsi Galaxy Z Fold 5 üçün F946USQS1AWI3 nömrəsi altında, Galaxy Z Flip 5 üçün isə F731USQS1AWI3 nömrəsi altında istifadəyə verilib.  Sözügedən proqram təminatı yenilənməsi sözügedən smartfonların ilk növbədə ABŞ-dakı istifadəçiləri üçün təqdim edilib. Lakin yaxın zamanda yenilənmə Galaxy Z Fold 5 ilə Z Flip 5-in digər ölkələrdəki istifadəçiləri üçün də aktiv olacaq. Proqram təminatı yenilənməsi vasitəsilə Samsung tərtibatçıları bu qatlana bilən smartfonlardakı kritik səhvləri aradan qaldırıblar və onlara Google şirkətinin aktual təhlükəsizlik yenilənməsini əlavə ediblər.