techspace

12:37

Samsung OneUI 6-nın beta versiyasını istifadəyə verib

    Samsung şirkəti Android 14 əsasında çalışan OneUI 6.0 istifadəçi interfeysinin beta versiyasını Galaxy S23 smartfonları üçün istifadəyə verib. Sözügedən interfeysinin beta versiyası artıq bəzi istifadəçilər tərəfindən test edilib. İstifadəçi interfeysinin beta versiyası ilk növbədə ABŞ, Almaniya və Cənubi Koreyadakı istifadəçilər üçün təqdim edilib. Gözləntilərə əsasən OneUI 6.0-ın beta versiyası yaxın zamanda Samsung-un daha 28 smartfonunda istifadəyə veriləcək.