15:43
Samsung-un yeni OneUI 6 istifadəçi interfeysi barəsində məlumatlar verilib

Samsung şirkəti Android 14 əsasında hazırlanmış OneUI 6 istifadəçi interfeysinin beta versiyasını istifadəyə verməyə hazırlaşır. İndi isə internetdə OneUI 6-da reallaşdırılacaq bəzi yeniliklər barəsində məlumatlar ortaya çıxıb. Bununla yanaşı yeni istifadəçi interfeysini ilk əldə edəcək Samsung smartfonlarının qeyri-rəsmi siyahısı ortaya çıxıb. Beləliklə verilmiş məlumata əsasən OneUI 6 özündə yenilənmiş ana səhifəni, jestlər vasitəsilə reallaşdırılan yaxşılaşdırılmış naviqasiya sistemini, ayrı-ayrı tətbiqlərdə interfeys dilinin individual şəkildə ayarlanmasını və bloklanmış ekran ilə iş masasının ayarlanması üzrə geniş imkanları birləşdirəcək. OneUI 6-nı əldə edəcək ilk smartfonların qeyri-rəsmi siyahısı isə aşağıdakı kimidir.- Samsung Galaxy S23/S23+/S23 Ultra- Samsung Galaxy S22/S22+/S22 Ultra- Samsung Galaxy S21/S21+/S21 Ultra/S21 FE- Samsung Galaxy A04s/A13/A14/A23/A33/A52s/A52/A53/A72/A73- Samsung Galaxy M23/M33 5G/M53 5G- Samsung Galaxy Z Fold 3/Fold 4- Samsung Galaxy Z Flip 3/Flip 4. Gözləntilərə əsasən OneUI 6 Beta avqust ayında istifadəçilərə təqdim ediləcək. Beta versiyanın istifadəyə verilməsindəın bir neçə həftə sonra isə stabil versiyanın təqdim ediləcəyi gözlənilir.