16:33
Samsung yeni naqilsiz qulaqlıq üzərində çalışır

İnsayderlərin vermiş olduqları məlumata əsasən Samsung şirkəti hal hazırda yeni naqilsiz qulaqlıq üzərində çalışır. Məlumatda qeyd edilib ki, hazırlanan yeni naqilsiz qulaqlıq SM-R400N indeksinə sahibdir. İnsayderlər sözügedən indeksi analiz edərək belə qənaətə gəliblər ki, Samsung-un yeni naqilsiz qulaqlığı flaqman deyil, orta büdcəli və ya giriş seqmentinə daxil olacaq qulaqlıq olacaq. Samsung-un, adında Pro hissəciyi olan naqilsiz qulaqlıqları adətən SM-R5xx indeksinə sahib olurlar. Bu fakt da ona işarə edir ki, şirkətin yeni naqilsiz qulaqlığı flaqman olmayacaq. Lakin sözügedən yeni naqilsiz qulaqlığın necə adlanacağı barəsində heç bir məlumat yoxdur.