techspace

12:32

Samsung yeni smart qolbaq üzərində çalışır

  Verilmiş məlumata əsasən Samsung şirkəti yeni smart qolbaq üzərində çalışır. Söhbət, Galaxy Fit 3-dən gedir. Məlumatda qeyd edilib ki, sözügedən smart qolbaq artıq ABŞ-ın Federal Rabitə Komissiyasında (FCC) sertifikatlaşdırılıb. Bunun sayəsində Galaxy Fit 3-ün sxematik fotosu ortaya çıxıb. Sxematik fotodan da görmək olar ki, smart qolbaq düzbucaq formasında gövdəni əldə edəcək. Bununla yanaşı məlumata əsasən Galaxy Fit 3 maqnit şarj texnologiyasına və ürək döyüntüləri ritminin ölçülməsi sensoruna sahib olacaq. Smart qolbağın nə zaman təqdim olunacağı bilinmir.