01:46
Şayiə: Apple ilk avtomobilini BMW ilə hazırlayacaq

Son zamanlar texnologiya gündəmindəki əsas mövzulardan biri Apple-ın avtomobil hazırlama planlarıdır. Bir müddət şirkətin Tesla Motors-u alması haqda xəbərlər yayılsa da deyəsən Apple almanlarla əməkdaşlıq etmək qərarına gəlib. Şayiələrə görə mövzu ilə əlaqədarə təşkil olunmuş iclasda Tim Cook özü iştirak edib və əsasən Apple-ın ilk avtomobilini BMW-nin i seriyalı hibridi maşını i3 üzərində hazırlaması barədə müzakirələr aparılıb. Razılaşmanın rəsmiləşməsi barədə məlumat olmasa da bir çox mənbə avtomobilin i3-ün əsasında hazırlanacağını deyir. Qeyd edək ki, BMW i3 5 qapılı kompakt şəhər avtomobilidir. 647cc benzinli mühərrikə və 120 kw enerji hasil edə bilən elektrikli mühərriklə təchiz olunub. Avtomobil batareyaları tam dolu şəkildə 240 km məsafə qət edə bilir.