16:29

Sentyabr 2026: Bakıda IT və AI üzrə 7 ödənişsiz tədbir və workshop

Sentyabr bir çox işi ertələyənlər üçün yeni başlanğıc, öz cığırında, eyni templə davam edənlər üçün isə inkişafın daha da artdığı aydır. Biz sənə həm yeni başlanğıclar üçün imkanları təqdim edirik, həm də peşəkarla inkişaf etməyin üçün görüşləri tapıb gətiririk. Aşağıdakı siyahıya göz at, qeydiyyat mütləqdir, unutma!

9 sentyabr – IT biznes analitika sənə maraqlı gəlir? 

Elə isə DİV Academy-nin təşkil etdiyi görüşə qoşul. Spiker Nurlan Eyvazov İRİA-da Aparıcı IT biznes analitik olaraq çalışır. Görüşdə ⁠IT biznes analitik kimdir və nə iş görür,⁠ ⁠bu sahədə hansı bacarıqlar önəmlidir, karyera inkişafı üçün hansı imkanlar var suallarına cavab veriləcək. Kofelər qarşılanır. Yerlər məhuddur. Qeydiyyat üçün tələsin! 

11 sentyabr: Veb dünyasına ilk addım – GitTalks

Növbəti GitTalks görüşünü qarşılayın. Middle Frontend Developer Yasəmən Məmmədli “Veb dünyasına ilk addımım” mövzusunda çıxış edəcək. Frontend sahəsinə ilk addımı atmaq, öyrənmə prosesi, real təcrübələr və karyera imkanları ilə bağlı suallarını Yasəmənlə birlikdə müzakirə et! Tədbir 11 sentyabr, 11:00-da Peerstack Academy, Azərbaycan Texniki Universitetinin binasında baş tutracaq. İştirak ödənişsizdir! Kliklə! 


12 sentyabr – AI in HealthTech: Machine Learning Beyond Text and Images

Süni intellekt təkcə proqram təminatı və ya mətn generatorları ilə məhdudlaşmır; o, biomexanika, həyat elmləri və farmakologiyanın da gələcəyini yenidən formalaşdırır. GDG Bakının keçirdiyi növbəti görüşdə dünya səviyyəli tədqiqatçı Sərxan Bədirli çıxış edəcək. Sərxan Bədirli, Glacies Biome şəriki və CTO-su ,Eli Lilly eks-Böyük AI Tədqiqatçısı (for small-molecule discovery), Purdue Universitetinin Kompüter Elmləri üzrə PhD məzunudur.  O, dünya nəhəngi Eli Lilly şirkətində süni intellekt əsaslı molekul dizaynı üzərində çalışıb və hazırda Glacies Biome şirkətində AI texnologiyalarını biologiyaya tətbiq edir. Görüş 12 sentyabr, 2026-cı ildə, saat 12:00-da, Holberton School-da baş tutacaq. Qeydiyyat üçün keçid edin! 

12 sentyabr –  ‘‘From zero to Tech and AI’’ workshop

Sıfırdan texnologiya və AI-da hardan necə başlamaq lazımdır? ABB Bank-da IT biznes analist olan Təyyarə Əsgərova “ABB tech”in təşkil etdiyi workshop zamanı bütün suallarınızı cavablandıracaq. Görüş 12 sentyabr, 2026-cı ildə, 11:00-13:00-da, Bayıl plazada baş tutacaq. Qeyd: Workshop-da iştirak ödənişsizdir və qeydiyyatdan keçmək mütləqdir. Kliklə!

13 sentyabr – İntrovertlər üçün online workshop – Java ilə gələcəyini qur

Tədbirlər seriyamızda introvertləri də unutmuruq. Otağından çıxmadan kompüteri açıb workshop-a qoşula bilərsən. ABB Tech Akademiyası tərəfindən təşkil olunan Backend (Java) proqramı çərçivəsində keçiriləcək növbəti “Java ilə Gələcəyini Qur” adlı onlayn workshop üçün qeydiyyat da açıqdır. Təlimçi Backend üzrə funksional sahə rəhbəri Fəxri Nuruyevdir. Tədbir 13 sentyabr 2026-cı ildə, 11:00-da, zoom üzərindən keçiriləcək. Qeyd: Workshop-da iştirak ödənişsizdir və qeydiyyatdan keçmək mütləqdir. Keçid et!

15 sentyabr – Taleh Kərimli ilə kofe iç 

Payızda işdən çıxıb, yüngül gəzinti edib kofe içmək romantik səslənsə də, məqsəd başqadır. GOUP icmasının təşkil etdiyi görüşlər hamıya bəllidir. Kofe içərək, peşəkarlarla innovasiyanın real biznesdə tətbiqi, yaxşı startap ideyaların necə olmalı olduğu barədə səmimi söhbətə kim yox deyər? İRİA-da İnnovasiya departamentinin rəhbəri olan Taleh Kərimli ilə görüş sənə çox şey qatacaq. Görüş 15 sentyabr, 2026-cı ildə, 19:00-da, İLK Coffee-də keçiriləcək. Qeydiyyat üçün kliklə!

17-18 sentyabr – Baku ID festival

17–18 sentyabrda SABAH.city-də 2 gün davam edəcək innovasiya və networking tədbirində startaplar, investorlar, innovatorlar və ekosistemin müxtəlif nümayəndələri bir araya gələcək. Spikerlər arasında nazirlər, dövlət qurumlarının rəhbərləri, Amerika, Türkiyə və Özbəkistandan tanınmış mütəxəssislər vençur fond, startap rəhbərləri çıxış edəcək. İştirak biletlədir və ödənişlidir. 

 

19 sentyabr – AI Mühəndisi olmaq istəyirsən, amma haradan başlayacağını bilmirsən?

AI sahəsində karyera qurmaq istəyənlər üçün ödənişsiz seminar keçirilir. Seminarda Senior AI & Data Engineer Natiq Məmişov və Senior AI Engineer Cavid Quliyev ilə birlikdə AI Engineering sahəsinə giriş, bu istiqamətdə tələb olunan bacarıqlar və karyera yolunun necə qurulması barədə danışacağıq. Tədbir 19 sentyabr, 13:30-da keçiriləcək. Qeydiyyat üçün bura daxil ol!