techspace

20:46

Sentyabrda Xiaomi-nin 7 smartfonunda HyperOS 3 istifadəyə veriləcək

     Xiaomi şirkəti hal-hazırda Android 16 əsaslı HyperOS 3 istifadəçi interfeysi üzərində çalışır. Ortaya çıxmış yeni məlumata əsasən şirkət hazırlanan bu yeni istifadəçi interfeysini sentyabr ayında istifadəyə verəcək. Bununla belə sentyabr ayında yalnız bəzi smartfonlar HyperOS 3-ü əldə edəcəklər. Təqdim edilmiş siyahıda 7 smartfon qeyd edilib və onların hamısı flaqman smartfonlardır. Siyahı aşağıdakı kimidir:- Xiaomi 15- Xiaomi 15 Pro- Xiaomi 15 Ultra- Xiaomi 14T Pro- Xiaomi 15T Pro- REDMI K70 Ultra- REDMI K80 Ultra.