techspace

19:42

Sinqapur bankı minlərlə işçisini süni zəka ilə əvəz edəcək

     Sinqapurun DBS Group bankı növbəti 3 il ərzində təxminən 4000 müvəqqəti və müqaviləli işçini süni zəka texnologiyaları ilə əvəz edəcəyini elan edib. Bu barədə bankın baş direktoru Piyush Gupta məlumat verib. Cənub-Şərqi Asiyanın ən böyük bankı olan DBS Group-un daimi işçi heyəti təxminən 41 000 nəfər təşkil edir. Bundan əlavə, bankda 8-9 min müvəqqəti və müqaviləli işçi çalışır. Bank rəhbərliyi təsdiqləyib ki, bu ixtisarlar daimi işçilərə təsir etməyəcək.     Bloomberg Intelligence analitikləri proqnozlaşdırırlar ki, önümüzdəki 3-5 il ərzində banklar dünya üzrə 200 minə qədər iş yerini ixtisar edəcək, çünki süni zəka texnologiyalarının tətbiqi genişlənəcək. Bu, qlobal bank sektorunda çalışan işçilərin təxminən 3%-nə təsir edəcək. Bloomberg Intelligence-in keçirdiyi sorğuda iştirak etmiş bankların top-menecerlərinin 1/4 hissəsi yaxın illərdə işçi sayının 5-10% azalacağını düşünür.     Bu arada, ABŞ-ın hüquq firması Morgan & Morgan öz işçilərini süni zəkanın "hallüsinasiyalarına" qarşı ehtiyatlı olmağa çağırıb. Şirkət 1000-dən çox əməkdaşına xəbərdarlıq edib ki, süni zəka hüquqi sənədlər hazırlayarkən uydurma məhkəmə hadisələrini yarada bilər. Süni zəka tərəfindən tərtib edilmiş saxta məlumatların istifadəsi hüquqşünasların işdən çıxarılması ilə nəticələnə bilər.Mənbə: Bloomberg