techspace

20:57

Smartfon tədarükü son 8 ildə ən aşağı səviyyəyə enib!

Canalys, iyul-sentyabr ayında olan qlobal smartfon tədarükü üçün ilkin dəyərləri açıqlayıb. Keçən illə müqayisədə 9% azalma olduğu bildirilib. İstifadəçilərin istehlak xərclərini azaltması və iqtisadi qeyri-müəyyənliklərin artması smartfon bazarının 2014-cü ilin 3-cü rübündən bəri ən pis nəticəni göstərməsinə səbəb olub. İddia olunur ki, bu vəziyyət növbəti altı-doqquz ay ərzində smartfon tədarükü bazarına təsir etməkdə davam edəcək.

dudünya smartfon tedaruku-1
2019-cu ildən bəri dünyada olan smartfon tədarükünün cədvəli

Samsung, ehtiyatda yığılan telefonları bazara çıxarma strategiyası sayəsində 22% bazar payı ilə liderliyini qoruyub saxlaya bilib. Apple, 18% bazar payı ilə ikinci yeri tutaraq, müsbət illik artım müşahidə edilən beş təchizatçıdan biri olmağı bacarıb. Əlavə olaraq Xiaomi 14% ilə üçüncü, 10% ilə Oppo9% ilə Vivo markaları isə müvafiq olaraq 4 və 5-ci yerlərdə dayanıb.

Canalys analitiki Amber Liu qeyd edib ki, “Smartfon bazarı istehlakçı tələbinə yüksək reaksiya verir və satıcılar çətin iş şəraitinə tez uyğunlaşırlar”. Ümumən isə keçən il ilə müqayisədə smartfon tədarükündə elə də ciddi fərq yoxdur. Dünyaca məşhur smartfon şirkətlərinin dünya üzrə smartfon tədarüklərinin keçən ilki nəticələrlə müqayisəsini sizlərə təqdim edirik.

Şirkət2022-ci ilin III rübündə bazar payı2021-ci ilin III rübündə bazar payı
Samsung22%21%
Apple18%15%
Xiaomi14%14%
Oppo10%11%
Vivo9%11%
Digərləri27%28%
Məşhur smartfon şirkətlərinin bazar paylarının müqayisəsi

Onu da qeyd etmək lazımdır ki, Canalys analitikləri 2022-ci ilin 4-cü rübündə 2023-cü ilin birinci yarısında smartfonların bazar paylarının cüzi yaxşılaşacağını proqnozlaşdırır.