Sektorunda sızıntı məlumatları ilə tanınan bir X istifadəçisi Samsung Galaxy S24 Ultra-nın bir çox problemi olduğunu bildirərək şirkətin aldadıcı reklam etdiyi iddiası ilə ittiham edib.
Sektordakı paylaşımları ilə tanınan və bu baxımdan çox məşhur olan
ICE UNIVERSE adlı istifadəçi,
Galaxy S24 seriyasının ən yüksək səviyyəli modeli olan
S24 Ultra-nın problemlərini sıralayıb. Problemlər texnologiya nəhəngi tərəfindən hələ etiraf edilməsə də, istifadəçi
Samsung-u yanlış reklam verməkdə ittiham edib.

İddiaya görə, S24 Ultra-nın
ekranı parlaqlığı aşağı səviyyələrə endirilən zaman tozlu görünməyə başlayır. O, bundan başqa,
smartfonun kamerasının rəngləri səhv qeydə aldığını və telefoto kamerasında da problem olduğunu iddia edib. Əlavə olaraq,
Galaxy S24 Ultra-nın 5x kameralarının çox zaman ağ obyektlərin parlamasına səbəb olan bir aparat təminatı xətası olduğunu söyləyərkən,
alt dinamikdə də dizayn xətası olduğunu və S Pen yuvasının əyri göründüyünü söyləyib.

Bəzi xüsusiyyətlərin Samsung-un iddia etdiyi kimi cihazlarda yer almadığını bildirən istifadəçi, şirkəti “
vicdansız” olaraq adlandırıb. İzləyicilərinə cihazı almamağı tövsiyə edən
ICE UNIVERSE, hətta şirkəti toplu şəkildə məhkəməyə vermə çağırışı da edib.