techspace

13:55

Spotify musiqi proqramına Hi-Fi səs keyfiyyəti gəlir!

Aylıq milyonlarla aktiv istifadəçisi olan Spotify musiqi proqramına çoxdandır gözlənilən Hi-Fi səs keyfiyyəti gəlir. Ümumiyyətlə Spotify reklamsız və yüksək keyfiyyətdə musiqi təklif edərək milyonlara abunəçi qazanmışdır. Hətta ölkəmizdə də minlərlə Spotify istifadəçisi var. İndi isə məşhur musiqi proqramı daha yüksək səs keyfiyyətli musiqi təklif edəcək. Xatırladaq ki, Spotify bunu hələ 2 il əvvəl vəd etmişdi. Yüksək keyfiyyətli və itkisiz musiqi üçün Spotify yeni abunəlik proqramı təklif edəcək.

Spotify Hi-Fi səs keyfiyyəti

Maraqlısı budur ki, Spotify şirkətinin əsas rəqibləri olan Apple Music və digərləri uzun müddətdir ki, Hi-Fi səs keyfiyyəti təklif edir. Bu sahədə rəqiblərindən geri qalan şirkət artıq Hi-Fi səs keyfiyyətli itkisiz musiqilər təklif edəcək. Bu barədə isə Bloomberg mənbəsi xəbər verib. Hətta bildirilib ki, Spotify yeni Supremium adlı abunəlik proqramı ilə yüksək səs keyfiyyəti təklif edəcək. Yeni abunəlik proqramının daha bahalı olacağı da gözlənilir. Bundan əlavə Spotify yeni proqramı ilk olaraq ABŞ xaricindəki bazarlara təqdim edəcək. Bu isə şirkət tarixində bir ilk olacaq.

Spotify Hi-Fi səs keyfiyyəti

Hal-hazırda ölkəmizdə Fərdi Premium paket aylıq 4.99 dollara, Duo paketi 6.49 dollara, Ailə paketi 7.99 dollara və Tələbə paketi 2.49 dollara təklif edilir. Qeyd edək ki, Ailə paketində eyni anda 6 Premium hesab qoşula bilər. Duo da isə bu göstərici ikiyə enir. Xatırladaq ki, Hi-Fi səs təcrübəsi Apple Music və Amazon Music tərəfindən pulsuz təklif olunur.