İdman texnologiyaları şirkəti Sportradar tərəfindən idarə olunan bir sıra süni intellektlə işləyən məlumat simulyasiyalarına görə, İngiltərə 14 iyulda UEFA Euro 2024-də qalib gəlmə ehtimalı yüksək olan komandadır.
Sportradar-ın süni intellekt texnologiyası,
UEFA EURO 2024 turnirində
51 oyunun hər biri üçün
10.000 hərtərəfli simulyasiya həyata keçirib. Bu simulyasiyalar arasında
İngiltərə süni intellekt ehtimal modelinə görə
24% ehtimalla Fransa və Almaniyanı məğlub edərək
2400 fərqli vəziyyətdə qalib olub.

Bu,
Gareth Southgate-in komandasının çempionluq titulunu alma şansının əhəmiyyətli olduğunu göstərir.
900 idman mərc operatorunun qlobal şəbəkəsindən və
mərc təxminlərdən yararlanan Sportradar, süni intellektlə işləyən alqoritminə on minlərlə məlumat nöqtəsini daxil edib.

Bu, tarixi məlumatların dərin təhlilini asanlaşdırıb və builki turnirin reqlamenti çərçivəsində gələcək ssenariləri proqnozlaşdırmağa imkan verib. Bundan əlavə, süni intellekt simulyasiyası müəyyən edib ki, fransız oyunçu
Kylian Mbappe,
Qızıl buts qazanma ehtimalı yüksək olan oyunçudur. Belə ki, fransız oyunçu,
10.000 simulyasiyadan
1519-da ən çox qol atan oyunçu olub. 2-ci yerdə isə
1477 dəfə seçilən ingilis oyunçu
Harry Kane yer alıb. Siyahıda növbəti yerləri britaniyalı oyunçular
Jude Bellingham və Phil Foden tutur.