techspace

18:30

Tesla Autopilot-u ləğv edir

     Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Tesla avtomobillərində standart olaraq təqdim etdiyi Autopilot sürücüyə dəstək sistemini rəsmi şəkildə dayandırıb. Şirkət bu addımı daha inkişaf etmiş Full Self-Driving (Supervised) proqram təminatının istifadəsini artırmaq məqsədilə atıb.     Bu qərar Tesla-nın ABŞ-dəki ən böyük bazarı olan Kaliforniyada ciddi hüquqi problemlərlə üzləşdiyi bir vaxta təsadüf edir. Dekabr ayında məhkəmə Tesla-nın Autopilot və Full Self-Driving texnologiyalarının imkanlarını illər boyu şişirtdiyini və yanıltıcı marketinq apardığını müəyyən edib. Kaliforniya DMV-si (Nəqliyyat Departamenti) şirkətə qərara uyğunlaşmaq üçün 60 gün vaxt verib və bu çərçivədə Tesla “Autopilot” adından imtina etməli olub.    Autopilot sistemi əsasən iki funksiyadan ibarət idi:
    •    Traffic Aware Cruise Control – sürəti saxlayaraq öndəki avtomobillə məsafəni qoruyan sistem
    •    Autosteer – avtomobili zolaqda saxlayan sükan dəstəyi    Hazırda Tesla-nın rəsmi konfiqurasiya saytında yeni avtomobillərin yalnız Traffic Aware Cruise Control ilə təchiz olunduğu göstərilir. Mövcud istifadəçilərin bu dəyişiklikdən təsirlənib-təsirlənməyəcəyi isə hələlik açıqlanmayıb.