17:55
Tesla Cybertruck-ın qiymətini endirdi

Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Tesla Cybertruck modelinin yeni və daha münasib qiymətli versiyasını təqdim edib. Yeni iki mühərrikli (Dual Motor) tam ötürücülü (AWD) versiya artıq satışdadır və başlanğıc qiyməti 59 990 dollar təşkil edir. Bu, indiyə qədər satışa çıxarılan ən ucuz Cybertruck versiyasıdır. Lakin bu qiymət hələ də Elon Musk-ın illər əvvəl vəd etdiyi 40 000 dollarlıq başlanğıc qiymətdən xeyli yüksəkdir.
Yeni versiya nələr təklif edir?
Yeni AWD modeli keçən il təqdim edilən və qısa müddət sonra istehsaldan çıxarılan arxa ötürücülü (RWD) versiyadan daha ucuzdur. Bununla belə, o modeldə olmayan bir neçə üstünlük təqdim edir:- Elektrikli açılıb-bağlanan yük örtüyü (powered tonneau cover)
- Yük hissəsində elektrik çıxışları
- Adaptiv asqı sistemi (adaptive damping)