17:43
Tesla ən yüksək qəza-ölüm nisbətinə sahib marka olub!

Tesla ABŞ-da ölümcül qəza göstəricilərinə görə lider olub. Bəs özünü ən təhlükəsiz markalardan biri kimi təqdim edən Tesla-nın ölüm göstəricilərinin bu qədər yüksək olmasının səbəbi nədir?
iSeeCars tərəfindən aparılan araşdırma 2017-2022-ci illər arasında ABŞ Ölümcül Qəza Analizi Hesabat Sistemi məlumatlarının analizinə əsaslanır. Araşdırmaya görə, Tesla avtomobillərinin orta hesabla milyard mil başına 5.6 ölüm göstəricisi var. Bu rəqəm Kia üçün 5.5, Buick üçün 4.8 və Dodge üçün 4.4 olaraq təyin edilib. Ümumi avtomobil göstəricisinin ortalaması isə 2.9-dur. Beləliklə, Tesla-nın ölüm nisbəti ortalamanın 2 qatından çoxdur. Bəs bunun səbəbi nədir? iSeeCars analitikləri, yüksək ölüm nisbətlərinin avtomobil dizaynından çox sürücü davranışları ilə əlaqəli olduğunu iddia edir. Tesla avtomobillərində bu göstəricinin yüksək olmasının səbəbi istifadəçi profili ola bilər.- Tesla: 5.6
- Kia: 5.5
- Buick: 4.8
- Dodge: 4.4
- Hyundai: 3.9
- Ümumi orta: 2.8
Ən çox sərnişin ölümünə səbəb olan avtomobillər
| Sıralama | Model | Ölümcül qəza nisbəti (milyard mil başına düşən avtomobillər) | Ümumi orta ilə müqayisə |
| 1 | Hyundai Venue | 13.9 | 4.9x |
| 2 | Chevrolet Corvette | 13.6 | 4.8x |
| 3 | Mitsubishi Mirage | 13.6 | 4.8x |
| 4 | Porsche 911 | 13.2 | 4.6x |
| 5 | Honda CR-V Hybrid | 13.2 | 4.6x |
| 6 | Tesla Model Y | 10.6 | 3.7x |
| 7 | Mitsubishi Mirage G4 | 10.1 | 3.6x |
| 8 | Buick Encore GX | 9.8 | 3.4x |
| 9 | Kia Forte | 8.1 | 2.9x |
| 10 | Buick Envision | 8.0 | 2.8x |
| 11 | Kia Soul | 7.3 | 2.6x |
| 12 | Toyota Corolla Hibrid | 7.3 | 2.6x |
| 13 | Chevrolet Camaro | 7.3 | 2.6x |
| 14 | Nissan Versa | 7.2 | 2.5x |
| 15 | Kia K5 | 7.1 | 2.5x |
| 16 | Kia Seltos | 6.8 | 2.4x |
| 17 | Ford Bronko | 6.6 | 2.3x |
| 18 | Ford Bronco Sport | 6.2 | 2.2x |
| 19 | Dodge Charger | 6.1 | 2.1x |
| 20 | Toyota Prius | 5.9 | 2.1x |
| 21 | Tesla Model S | 5.8 | 2.0x |
| 22 | INFINITI Q50 | 5.8 | 2.0x |
| 23 | Toyota Venza | 5.6 | 2.0x |
| ümumi orta | 2.8 | – |