techspace

10:31

Threads-ə yaxın zamanda hansı funksiyaların əlavə ediləcəyi məlum olub

    Meta şirkəti özünün Twitter analoqu olan Threads-in istifadəyə verilməsinə o qədər tələsib ki, görünür, onda baza funksiyaları reallaşdırmağı unudub. Bununla belə əgər istifadəçi sözügedən servisdən istifadə təcrübəsini bəyənməsə o, Instagram hesabını silməmiş Threads hesabını silə bilməyəcək. Instagram-ın rəhbəri Adam Mosseri-nin sözlərinə əsasən Threads istifadəçiləri üçün yaxın zamanda yeni funksiyalar istifadəyə veriləcək. İstifadəçilər müəyyən funksiyaları tələb edirlər və görünür, yaxın zamanda yeni servisə əlavə ediləcək funksiyalar aşağıdakılar olacaq.- Paylaşımların redaktə edilməsi- Hashtag-lər- İstifadəçi hesabları arasında keçid imkanı (çoxlu sayda istifadəçi hesabının dəstəyi)- Servisin ana səhifəsində yalnız abunə olunmuş şəxslərin paylaşımlarını görmək imkanı- Daha rahat axtarış imkanı (həmçinin thread-lər üzrə axtarış)- Servisə “In Trend” bölməsinin əlavə edilməsi- Servisin veb versiyasının istifadəyə verilməsi- GIF-lərin əlavə edilməsi- Foto və videolarda istifadəçilərinin işarələnməsi imkanı- Thread-lərin ana səhifənin yuxarı hissəsinə bərkidilməsi- Tətbiq daxilində kontentlərin tərcüməsi imkanı- Thread-lərə Instagram-dakı postları yerləşdirmək imkanı.  Adam Mosseri yeni funksiyaların inteqrasiyası müddəti ilə bağlı heç bir məlumat verməyib. Buna görə də bu funksiyaların Threads-də nə zaman istifadəyə veriləcəyi bilinmir. Maraqlısı ondadır ki, sadalanmış bütün bu funksiyalar artıq Twitter-də mövcuddur.