14:56
TikTok 2023-cü ildə Azərbaycanda 2 milyondan çox videonu silib!

Aparıcı qısa video platforması TikTok platforma ictimaiyyətinin təhlükəsizliyini mütləq prioritet hesab edir və insanların yaradcılıqlarını göstərə, bir araya gələ və yeni biliklər qazana biləcəyi xoş mühit yaradır. Platformada təhlükəsizliyi qorumaq üçün TikTok, platformanın İcma Qaydalarını pozan məzmunu müəyyən etmək və ona qarşı tədbir görmək üçün innovativ texnologiyadan və peşəkarlardan ibarət komandalardan istifadə edir. Hazırda dünyada müxtəlif dillərdə, o cümlədən Azərbaycan dilində danışan 40 000-dən çox insan TikTok-da istifadəçilərin təhlükəsizliyini təmin etmək üçün çalışır. TikTok təhlükəsizlik təcrübələri ilə bağlı şəffafdır və mütəmadi olaraq aktiv şəkildə silinən videolar və hesablar haqqında məlumat yerləşdirir. Bu məlumat platformadan çıxarılan məzmunun həcmi və xarakteri haqqında məlumat verən İcma Təlimatlarının İcra Hesabatları vasitəsilə rüblük olaraq açıqlanır. Ən son İcma Təlimatlarının İcra Hesabatlarına əsasən, 2023-cü ilin dördüncü rübündə dünya üzrə:
- 176 461 963 video İcma Qaydalarının pozulması səbəbindən silinib. Bu, rübdə TikTok tərəfindən silinən ən yüksək video sayıdır.
- Silinmiş videoların 96,7%-i proaktiv şəkildə silinib. Proaktiv silinmə videonun xəbər verilməzdən əvvəl müəyyən edilməsi və silinməsi deməkdir.
- Videoların 89,9%-i yayımlandıqdan sonra 24 saat ərzində silinib.
- 8 012 732 canlı yayım qanun pozuntularına görə dayandırılıb.
- 903 041 video İcma Qaydalarının pozulması səbəbindən silinib. Bu, 2023-cü ilin istənilən rübündə silinmiş videoların ən yüksək sayıdır.
- Silinmiş videoların ümumi sayının 98%-i platforma tərəfindən proaktiv şəkildə silinib.
- Videoların 95,8%-i yayımlandıqdan sonra ilk 24 saat ərzində silinib.