14:57
TikTok icma təhlükəsizliyini necə təmin edir: 2023-cü ilin birinci rübündə Azərbaycanda 390 mindən çox video silinib

TikTok, insanların yaradıcılıqlarını nümayiş etdirə biləcəyi, birləşə biləcəyi, əhvali-ruhiyyələrini qaldıra biləcəyi və yeni şeylər öyrənə biləcəyi təhlükəsiz və mehriban bir mühit yaratmağa çalışır. TikTok platformada belə bir mühiti qorumaq üçün İcma Qaydalarımızı pozan məzmunu müəyyənləşdirmək, yoxlamaq və tədbir görmək üçün innovativ texnologiyalar və komandaların birgə işindən istifadə edir. Qaydalar bütün TikTok istifadəçiləri üçün ümumi davranış qaydalarıdır və platformadakı bütün məzmuna tətbiq olunur. Siyasətlər gənclərin təhlükəsizliyi və rifahı, yetkin şəxslər üçün mövzular, məlumatların həqiqiliyi, tövsiyə lentləri üçün uyğunluq standartları və s. kimi tematik sahələr üzrə formalaşır və hər bölmədə istifadəçilər icazə verilən məzmunun tərifləri, təsvirləri və xüsusi nümunələri ilə daha çox məlumat əldə edə bilərlər. TikTok-un məzmun moderasiyasına yanaşması dörd sütun üzərində qurulur:
- Platformadan qaydaları pozan məzmunun silinməsi.
- Yetkin şəxslərin məzmununa yalnız yetkin istifadəçilərin (18 yaş və yuxarı) baxa bilməsi üçün yaş həddi.
- Tövsiyə lenti üçün məzmun uyğunluğu standartlarının qorunması.
- Cəmiyyətə məlumat, faydalı alətlər və mənbələr təqdim etmək.