techspace

15:19

Vivo Pad 3 və Pad 3 Pro planşetləri barəsində yeni məlumatlar verilib

     Vivo şirkəti öz yeni planşet seriyasının təqdimatına hazırlaşır. Söhbət, vivo Pad 3 planşet seriyasından gedir. Sözügedən seriyaya adi vivo Pad 3 ilə yanaşı vivo Pad 3 Pro da daxil olmalıdır. Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən vivo Pad 3 planşeti LCD ekranı əldə edəcək, Qualcomm-un SM8635 model nömrəsinə sahib prosessoru vasitəsilə çalışacaq və özündə 66 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini birləşdirəcək.     Qualcomm-un SM8635 model nömrəsi altında hansı prosessorun gizləndiyini söyləmək çətindir. Çox güman ki, söhbət, Snapdragon 7 seriyasına daxil olan prosessorlardan birindən gedir. Vivo Pad 3 Pro planşetinə gəldikdə isə məlumatda qeyd edilib ki, o, 3K keyfiyyətli LCD ekranı əldə edəcək, MediaTek Dimensity 9300 prosessoru vasitəsilə çalışacaq və özündə 80 vatt gücündə sürətli şarj texnologiyasını birləşdirəcək.