19:25
Vodafone ucqar ərazilər üçün Amazon-un LEO peyklərindən istifadə edəcək

Technote.az "TNW” platformasına istinadən bildirir ki, Vodafone Group mobil şəbəkələrin ən köhnə problemlərindən biri olan ucqar ərazilərdə yerləşən baza stansiyalarının əsas şəbəkəyə qoşulmasına yeni həll tapmağa çalışır. Şirkət Amazon tərəfindən qurulan aşağı Yer orbitli (LEO) peyk internet şəbəkəsindən istifadə etmək barədə razılıq əldə edib. Bu əməkdaşlıq çərçivəsində peyklər birbaşa istifadəçilərin telefonlarına qoşulmayacaq. Məqsəd 4G və 5G baza stansiyalarını fiber və ya mikrodalğalı rabitə xətləri olmadan operatorun əsas şəbəkəsinə bağlamaqdır. Yəni peyklər “orta məsafə” (middle mile/backhaul) rolunu oynayacaq. Xüsusilə Almaniyanın kənd rayonlarında, Avropanın dağlıq ərazilərində və Afrikanın az məskunlaşmış bölgələrində fiber kabel çəkmək həm baha, həm də vaxt aparan prosesdir. Peyk bağlantısı isə bu problemi daha çevik və iqtisadi şəkildə həll edə bilər. Bildirilən sürət göstəriciləri təxminən:
- 1 Gbps yükləmə (download)
- 400 Mbps yükləmə (upload)