techspace

13:50

Walmart dronla çatdırılmanı ABŞ-də kütləviləşdirir

  Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Walmart dronla çatdırılma xidmətini ABŞ üzrə ciddi şəkildə genişləndirir. Şirkət Wing ilə əməkdaşlıq çərçivəsində daha 150 yeni mağazanı dron şəbəkəsinə qoşur. Wing Alphabet-ə məxsusdur və Walmart-la tərəfdaşlıq 2023-cü ildən davam edir.  Yeni mərhələ ilə birlikdə dron çatdırılma xidməti 270 məntəqədə fəaliyyət göstərəcək və bu, təxminən 40 milyon amerikalını əhatə edəcək. Xidmət 2026–2027-ci illər ərzində mərhələli şəkildə Los Anceles, Mayami, Sent-LuisSinsinnati kimi iri şəhərlərə yayılacaq. Walmart bu günədək 150 mindən çox uğurlu dron çatdırılması həyata keçirdiyini bildirir və bununla da dronla kütləvi pərakəndə çatdırılma sahəsində lider mövqeyini gücləndirir.