techspace

20:02

Walmart nəhayət temassız ödənişə keçir — amma gözləməli olacaqsınız

Uzun illərdir temassız ödənişə şübhə ilə yanaşan Walmart nəhayət rəsmi qərar verib. Şirkət, 2026-cı ilin sonunadək bütün ABŞ mağazalarında tapa (tap to pay) ilə ödənişi dəstəkləyəcəyini açıqlayıb. Bu, həm Walmart, həm də Sam's Club şəbəkələrini əhatə edir.

Niyə bu qədər gec?

Walmart uzun müddət öz ödəniş sistemi olan Walmart Pay'i təbliğ edirdi. Lakin rəqibləri Target, Costco və digərləri artıq illərdir temassız ödəniş qəbul edir. Müştərilər getdikcə daha çox telefon və smart saatla ödəniş etməyə üstünlük verdikcə, Walmart da nəhayət bu dalğaya qoşulmaq qərarına gəlib.

Qeyd edək ki, bu dəyişiklik təkcə kredit kartlarına deyil, həm də Apple Pay, Google Pay və Samsung Pay kimi rəqəmsal pulqabılara da aiddir. Sam's Club üzvləri isə mağazada smartfon və ya smart saatları ilə ödəniş edə biləcəklər.

Xülasə, Walmart 2026-cı ilin sonunadək bütün mağazalarında bu funksiyanı işə salmağı planlaşdırır. Yeniləmə mərhələli şəkildə həyata keçiriləcək və ilk olaraq hansı bölgələrdən başlanacağı hələlik açıqlanmayıb.



Mənbə: Engadget (https://www.engadget.com/2241608/walmart-will-finally-accept-tap-to-pay-in-stores-by-end-of-2026/)