15:15
WatchOS 11 əməliyyat sistemi təqdim edilib

Apple şirkətinin WWDC 2024 konfransı çərçivəsində təqdim etmiş olduğu daha bir yeni əməliyyat sistemi də watchOS 11-dir. WatchOS 11-də reallaşdırılmış ən miqyaslı dəyişiklik ondan ibarətdir ki, sözügedən əməliyyat sistemi istifadəçinin idman yüklənməsini hesablaya bilir. Bu isə o deməkdir ki, istifadəçi məşq zamanı prosesi sona qədər etmirsə və ya məşqə həddindən artıq güc sərf edirsə sistem bu mövzularda istifadəçiyə öz məsləhətlərini təqdim edəcək. Bundan əlavə olaraq Vitals adlı yeni tətbiq istifadəçinin səhhəti ilə bağlı göstəricilərdə şübhəli əlamətlərə rast gəlsə, bu barədə istifadəçiyə məlumat verəcək.


