15:22
X "məkan" funksiyasını aktivləşdirib

Technote.az “Mashable” platformasına istinadən bildiririk ki, X-də istifadəçilərin "məkan" funksiyası aktivləşdirilib və bu, bir çoxlarını narahat edib. Platforma bir müddət ərzində istifadəçilərin yerləşdiyi ölkəni avtomatik şəkildə göstərməyə başlayıb. Bu funksiya ilk mərhələdə tam dəqiq işləmirdi, bəzi istifadəçilərin profilləri VPN və ya başqa texniki səbəblərə görə fərqli ölkədəymiş kimi göstərirdi.
Bu isə iki əsas məqama səbəb olub:
- Bəzi istifadəçilər bu funksiyanı “detektiv işi” kimi istifadə edib, hansı hesabın haradan yazdığına baxırdılar.
- Digər tərəfdən istifadəçilər özləri üçün təhlükəsizlik və gizlilik riskləri hiss etdilər, çünki hesablarında yerləşdikləri ölkənin göstərilməsi izlənilmə ehtimalını gündəmə gətirdi.
- X tətbiqində hesabınıza daxil olun.
- Parametrlər → Hesab məlumatları → Ölkə (“Country”) seçimlərinə keçin.
- Burada ölkə seçimini dəyişə, ya da daha məhdud məlumat göstərilməsinə icazə verə bilərsiniz.