techspace

16:51

Xiaomi 13T Pro (Redmi K60 Ultra) modelinin dizaynı sızdırılıb!

Yaxın aylarda Çin bazarı üçün təqdim edilməsi gözlənilən Redmi K60 Ultra modelinin dizaynı sızdırılıb. Qeyd edək ki, Çin bazarında təqdim edildikdən sonra yeni model Xiaomi 13T Pro adı altında Avropa bazarı üçün satışa çıxarılacaq. Digital Chat Station ləqəbli insayder yeni modelin dizayn sxemini sızdırıb. Sızdırılmış məlumata əsasən yeni smartfonun bir neçə dizayna sahib olacağını demək mümkündür. Belə ki, yeni Redmi K60 Ultra modeli xarici görünüş cəhətdən Redmi K60 və K60 Ultra modellərinə oxşamayacaq.

Xiaomi 13T Pro

Sızdırılmış məlumatlara əsasən deyə bilərik ki, Çin bazarı üçün təqdim ediləcək Redmi K60 Ultra və ya Avropa bazarı üçün təqdim olunacaq Xiaomi 13T Pro müəyyən yeniliklərə sahib olacaq. Belə ki, yeni smartfon daha böyük kamera sensorlarına daha nazik ekran çərçivələrinə sahib olacaq. Həmçinin yeni smartfonun arxa kamerasının dizaynı Redmi Note 12 modelinə bənzəyir. Ön paneldə isə smartfon yastı ekrana sahib olacaq və onun yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşəcək. 2 böyük əsas kamera 1 kiçik makro kamera sensoru ilə təchiz ediləcək smartfonun kameraları barədə ətraflı məlumat yoxdur.

Xiaomi 13T Pro

Xatırladaq ki, ötən aylarda Xiaomi 13T Pro modelinin bəzi xüsusiyyətləri də sızdırılmışdı. Belə ki, smartfonun Dimensity 9200+ çipsetindən güc alacağı iddia olunurdu. Həmçinin 6.7 düymlük 144Hz AMOLED ekran panelinə sahib olan smartfon böyük həcmli batareya ilə də təchiz ediləcək. Həmçinin smartfonun 100 Vatt sürətli şarj dəstəyinə sahib olması gözlənilir. Ümumiyyətlə Redmi K60 Ultra modelinin avqust və sentyabr aylarında Çində təqdim edilməsi gözlənilir.