techspace

21:01

Xiaomi 14 Ultra-nın müxtəlif komponentlərinin dəyişilməsi hansı qiymətə başa gələcək?

     Xiaomi 14 Ultra-nın həm Çində həm də qlobal bazarda təqdimatı artıq baş tutub. Smartfonun Çin bazarında qiyməti 900$, qlobal bazarda qiyməti isə 1500 avro təşkil edəcək. Bu cür yüksək satış qiymətinə sahib smartfonun təmiri də ucuz başa gəlməyəcək. Xiaomi öz növbəsində Xiaomi 14 Ultra-nın müxtəlif hissələrinin təmirinin hansı qiymətə başa gələcəyini açıqlayıb. Adətən yüksək satış qiymətinə sahib smartfonlarda ən bahalı komponent ekran hesab edilir. Lakin Xiaomi 14 Ultra-da bu belə deyil. Sözügedən smartfonun müxtəlif komponentlərinin təmirinə sərf ediləcək vəsaitlərin siyahısı aşağıda qeyd olunub.- Ekranın dəyişilməsi - 188$- Ana platanın dəyişilməsi - 12 GB RAM + 256 GB yaddaş versiyası üçün 380$, 16 GB RAM + 512 GB  yaddaş versiyası üçün 400$, 16 GB RAM + 1 TB yaddaş versiyası üçün isə 421$.- Əsas arxa kameranın dəyişilməsi - 139$- Ultra geniş bucaqlı kameranın dəyişilməsi - 68$- Telekameraların dəyişilməsi - 25$- Ön kameranın dəyişilməsi - 8$- Batareyanın dəyişilməsi - 25$- Arxa qapağın dəyişilməsi - 40$- Səsgücləndiricinin dəyişilməsi - 4$.