Xiaomi markası yeni smartfon modelini təqdim etmək üçün Apple-ın iPad Pro reklamına bənzər reklam videosunu yayımlayıb.
Apple-ın bu yaxınlarda yayımladığı və yaradıcı alətlərin yaxından çəkilişlərini əks etdirən
iPad Pro reklamı ağır metaforasına görə tənqidlərə səbəb olmuşdu. Samsung, Apple-ın "
Crush" adlanan bu reklamını ələ salarkən,
Xiaomi şirkəti yeni təqdim olunacaq smartfonu üçün eyni tipdə reklamını çarxını yayımlayıb. Ötən günlərin birində Xiaomi,
X-də (keçmiş Twitter) Apple-ın iPad Pro reklamına olduqca bənzəyən videonu yayımlayıb. Lakin bu dəfə əzilən əşyaların əvəzinə, əzici səth yarıda dayanır və sonra isə ekranda "
Ci" və "
Vi" hərflərinin qırmızı ilə vurğulandığı "
Cinematic Vision" mətni ortaya çıxır. Bu hərflər Xiaomi-nin gənclər üçün smartfon seriyası olan “
Civi” sözünü ehtiva edir. Xiaomi-nin "Civi" model smartfonları indiyə qədər yalnız Çində satışa təqdim olunurdu və ən son smartfon modeli isə "
Xiaomi Civi 4 Pro" olaraq adlanırdı.
View post on X Rəsmi olaraq təsdiq olunmasa da, "
Xiaomi 14 Civi"nin Hindistanda markanın ilk "Civi" telefonu və "Civi 4 Pro"nun rebrendinq edilmiş versiyası olacağı iddia edilir. Əgər bu iddialar doğrudursa, telefonun
120 Hz yeniləmə tezliyi ilə 6.55 düymlük 1.5K (2750 x 1236 piksel) AMOLED displeyinə sahib olacağı gözlənilir.

Cihaz gücünü
LPDRR5X RAM və
UFS 4.0 daxili yaddaş standartına sahib
Snapdragon 8s Gen 3 prosessorundan alacaq. Kameralara gəlincə, arxa tərəfdə
50 meqapiksellik əsas, 50 meqapiksellik telefoto və 12 meqapiksellik ultra geniş obyektiv, ön tərəfdə isə selfilər üçün
32 meqapiksellik kamera sensoru olacaq. Cihaz
67 Vt-lıq doldurma dəstəyinə sahib
4700 mAh-lıq batareya tutumu ilə gələcək və
Android 14 əsaslı HyperOS əməliyyat sistemilə qutudan çıxacaq.